25 C
Baku
Saturday, July 27, 2024

Tbilisidə məşhur bina satışa çıxarılır

Tbilisidə “Rike Park” ərazisində yerləşən sürahi formalı tikili auksiona çıxarılacaq.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumat verib. O bildirib ki, “Biznesə 100 investisiya təklifi” adlı dövlət proqramı çərçivəsində özəlləşdirməyə çıxarılacaq binanın ilkin dəyəri 95 mln. lari müəyyənləşdirilib.

Qeyd edək ki, ümumi sahəsi 15 000 kvadrat metr olan şüşə və dəmir konstruksiyalı bina hazırda istifadəsizdir.  Bina İtaliyanın “Studio Fuksos” şirkəti tərəfindən dizayn edilib.

Rike Park3Rike Park2Rike Park1©APA

Son xəbərlər
Digər xəbərlər