26 C
Baku
Sunday, June 16, 2024

Tbilisidən Moskvaya uçuşlar bərpa edildi

Gürcüstanın “Georgian Airways” şirkəti Tbilisidən Moskvaya birbaşa uçuşları bərpa edib.

Təyyarə bu gün saat 08:00-da Tbilisi aeroportundan havaya qalxıb. Təyyarənin Moskva vaxtı ilə 10:15-də Vnukovo hava limanına enəcəyi gözlənilir.

Məlumata görə, uçuşlar həftədə 7 dəfə həyata keçiriləcək.

Xatırladaq ki, mayın 19-da Rusiya və Gürcüstan arasında 2019-cu ildən bu yana dayandırılan uçuşlar bərpa edilib. Ötən gün Rusiyanın “Azimut” aviaşirkəti Moskvadan Tbilisiyə uçuş həyata keçirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər