“Telegram” daha 750 milyon dollarlıq istiqraz yerləşdirməyə qərar verib.
Banker.az bu barədə xarici KİV-ə istonadən xəbər verir.
Xatırladaq ki, bu ilin mart ayında messencer istiqrazların satışı yolu ilə 1 milyard dollar qazanıb.
“Bloomberg”in verdiyi məlumata görə, müraciət qəbulu aprelin 28-də bağlanıb, qiymətli kağızlar isə mayın 6-da dövriyyəyə buraxılacaq.
Bildirilir ki, istiqrazların parametrləri birinci yerləşdirmə ilə identikdir. “Telegram”ın qurucusu Pavel Durovun sözlərinə görə, istiqrazların böyük hissəsini xarici investorlar, ilk növbədə “JP Morgan” alıb.
2021-ci ilin mart ayında “Telegram” istiqrazlarını yerləşdirib və 1 milyard dollar qazanıb. Onda iştirak etmək üçün minimum lot 500 min dollar, bir qiymətli kağızın dəyəri isə 1000 dollar təşkil edib.