1 C
Baku
Saturday, December 14, 2024

Telemarketinq şöbəsinin Operatoru – Ateshgah Sigorta

Telemarketinq şöbəsinin Operatoru

Namizədə tələblər

• Yaş: 21-35
• Cinsi: fərq etməz
• Təhsil: Ali
• İş təcrübəsi: mütləq deyil, eyni zamanda iş təcrübəsi olmayan ali məktəb məzunları da müraciət edə bilər
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər (müsahibə zamanı dəyərləndiriləcək vacib keyfiyyətlər)

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı

Əsas vəzifə öhdəlikləri

• Telefon vasitəsilə sığorta məhsullarının satışı
• On-layn alış və sorğuların cavablanması və monitorinqi
• Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 10:00 – 18:00
• Sabit əmək haqqı 350 AZN
• Sınaq müddətindən sonra 400 AZN + aylıq motivasiya

Məlumatlandırıcı qeydlər

• Ehtiyac yoxdur, rus və ya ingilis dilində CV tərtib etmək, ana dilimizdə olması daha uyğundur (Azərbaycan dili)
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.

Son xəbərlər
Digər xəbərlər