25 C
Baku
Sunday, July 21, 2024

Teleqramda daxili valyuta yaradılıb

Teleqram mesaj mübadiləsi sistemində minitətbiqlərdə rəqəmsal xidmətlər və malların ödənişi üçün daxili valyuta yaradılıb.

Bu barədə messencerin təsisçisi Pavel Durov özünün teleqram kanalında bildirib.

“Bu gün əlamətdar gündür, biz “Telegram Stars”ı işə salırıq – bu, minitətbiqlərdə rəqəmsal xidmətlərə görə ödəniş etmək üsuludur”, – Durov açıqlayıb.

Onun sözlərinə görə, “Telegram Stars”ın vasitəsilə elektron kitablar, kurslar, oyunlarda müxtəlif əşyalar və daha çox şey əldə etmək mümkündür. Bundan əlavə, valyuta “Fragment” platforması vasitəsilə “Toncoin”ə çevrilir.

Yeni valyutadan güzəştli şərtlərlə “Telegram”da tətbiq reklamı almaq üçün də istifadə oluna bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər