14 C
Baku
Thursday, March 28, 2024

Tennisi fransız rahibləri icad ediblər

Tennisi XII əsrdə fransız rahibləri icad etmişdilər. Lakin o dövrdəki tennis indi bizim oynadığımız tennisdən fərqlənir. Rahiblər hər hansısa bağlı bir məkanda raketsiz, əl ilə oynayırdılar. İlkin olaraq bu oyun «raket» adlanırdı. Nəticədə bu oyun fransız zadəganları arasında məşhurlaşır. Onlar artıq tennisi raket ilə oynayırdılar.  

«Tennis» adı fransız sözü «Tenez»dən (tutmaq) əmələ gəlmişdi. Digər tennis terminologiyası da fransız dilindən əmələ gəlmişdi.
Beləliklə, tennis bizim açıq havada oynadığımız bir oyuna çevrilir. Açıq havada oyun üçün texniki termin «laun- tennis», rahiblərin icad etdiyi oyun isə «real- tennis» adlanır.

Son xəbərlər
Digər xəbərlər