10 C
Baku
Thursday, December 12, 2024

Ter-Petrosyan Qarabağı niyə “itirdiklərini” açıqladı

Biz son 23 ildə yürüdülən avantürist və məsuliyyətsiz siyasət nəticəsində məğlub olduq.

Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

O bildirib ki, məğlubiyyətin təməli 1998-ci ildə, status-kvonun qorunub saxlanılmasının mümkünlüyü və “bir qarış torpaq verməmək” prinsipinə yalan inamla qoyuldu.
“Məğlubiyyətin sonunu Nikol Paşinyan “Artsax (Qarabağ-red) Ermənistandır və nöqtə” təxribat xarakterli bəyanatı ilə elan etdi. Bu, Ermənistanın, Qarabağın sonu idi. 23 il ərzində bizim hakimiyyətlər realist siyasətin ən vacib üç amilini nəzərə almadılar: güclər nisbəti, müttəfiqlərin varlığı və ya olmaması. ən əsası zamanın geri dönməzliyi. Həqiqət budur ki, bu gün bir şey mümkündürsə, sabah mümkün olmayacaqdır. Bu, səlahiyyətlilərimizin anlamadıqları çox sadə bir məqamdır – siyasətin əlifbasıdır.

Başqa sözlə, 23 ildə hakimiyyətlərimiz qumar oyunçuları kimi davrandılar, yeni mərclər qoymaqla, daha çox qazanmağa çalışır və buna görə qazandıqlarını itirirlər. Təfərrüatlarına varmaq istəmirəm, çünki bu problemə həsr olunmuş geniş bir məqalə hazırlamaq niyyətindəyəm”, – sabiq prezident deyib.

Son xəbərlər
Digər xəbərlər