6 C
Baku
Saturday, December 14, 2024

Tereza Mey: “Brexit”dən sonra yüksək ixtisaslı immiqrantlara üstünlük verəcik

“Brexit”dən sonra yüksək ixtisaslı immiqrantların, gəldikləri ölkədən asılı olmayaraq, Birləşmiş Krallıqda prioritet iş hüquqları olacaq.

Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

T.Mey deyib: “Bu, ixtisasa söykənən və immiqrantların gəldikləri ölkələrdən deyil, iş peşəkarlığından asılı olan sistem olacaq. Bu sistem bütün dünyaya qarşı tətbiq olunacaq və bizim ehtiyacımız olan peşəkar təcrübəli adamları cəlb edəcək.

Baş nazir əlavə edib ki, ölkə Avropa İttifaqından çıxdıqdan sonra aşağı ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi praktikasına son veriləcək.

Son xəbərlər
Digər xəbərlər