10 C
Baku
Wednesday, December 11, 2024

Tesla 1,5 milyard dollar cəlb edəcək

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Tesla şirkəti yeni elektrik avtomobili Model 3-ün istehsalını genişləndirmək məqsədilə 1,5 milyard dollar həcmində əlavə istiqrazlar buraxacaq.

Əlavə maliyyələşmənin cəlb edilməsi şərtləri hələ ki, açıqlanmır.

Agentliyin verdiyi məlumatda qeyd edilir ki, Tesla şirkəti 35 000 dollar dəyərində olan yeni Model 3 elektrik avtomobilinə olan tələbatı ödəyə bilmir. Belə ki, şirkət gün ərzində bu avtomobil ilə bağlı orta hədlə 1800 sifariş qəbul edir.

Şirkət 2017-ci ilin üçüncü rübündə 1500 ədəd Model 3 avtomobili buraxacaq. Bundan əlavə, Tesla ilin sonuna qədər istehsalı həftəlik 5000 avtomobilə qədər artırmaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər