25 C
Baku
Saturday, July 27, 2024

“Tesla” 53 000-dən çox avtomobili geri çağırır

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” avtonom idarəetmə proqramında mümkün səhvə görə 53 822 avtomobili geri çağıracaq.

Banker.az xəbər verir ki, bu barədə Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında deyilir.

Hesabatda problemin yol hərəkəti qadağan olan işarələrin qarşısında əyləclə bağlı olduğu göstərilir. Mütəxəssislər qeyd ediblər ki, avtonom idarəetmə proqramına “yürüyərkən dayanma” funksiyası daxildir ki, bunun sayəsində avtomobil xəbərdarlıq işarəsinə baxmayaraq, 9 km/saat sürətlə hərəkətini davam etdirir. Bu, avtomobilin təhlükəsizlik təhlükəsi yaradan müəyyən kəsişmələrdə dayanmaması ilə nəticələnə bilər.

Vurğulanır ki, şirkətin 2016-2022-ci il istehsalı “Model S”, 2017-2022-ci il istehsalı “Model 3”, eləcə də 2020-2022-ci il istehsalı “Model Y” avtomobillərində nasazlıq aşkarlanıb.

Xatırladaq ki, 2021-ci ilin dekabrında “Tesla” təxminən 475 min avtomobili texniki nöqsanlar səbəbindən geri çəkəcəyini vəd edib. 2021-ci ilin iyununda şirkət 285 min elektromobili geri çağırıb.

Son xəbərlər
Digər xəbərlər