9 C
Baku
Sunday, April 14, 2024

“Tesla” “Bitcoin”ə görə 140 mln. dollar itirib

İlon Maskın rəhbərlik etdiyi elektrikli avtomobil istehsalçısı “Tesla” 140 milyon dollar (238 milyon AZN) itirib.

Avtomobil istehsalçısı “Bitcoin”ə etdiyi investisiyalar nəticəsində həmin pulları itirib.

Belə ki, şirkət il ərzində 204 milyon dollar (346 milyon AZN) itirib, lakin o, kriptovalyuta ticarəti vasitəsilə onun 64 milyon dollarını (108 milyon AZN) geri qaytarıb.

Hazırda şirkət 184 milyon dollar (312 milyon AZN) dəyərində “Bitcoin” ə sahibdir.

Qeyd edək ki, Maskın sosial mediada kriptovalyutalarla bağlı verdiyi açıqlamalar kommersiya əməliyyatlarına böyük təsir edir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər