21 C
Baku
Friday, April 26, 2024

“Tesla” Çindəki 430 mindən çox avtomobili geri çağıracaq

ABŞ-ın “Tesla” elektromobil şirkəti qabarit işıqlarındakı nasazlıqdan dolayı Çindən 435 mindən çox “Model 3” və “Model Y” avtomobillərini geri çağıracaq.

Bu barədə Şərqi Asiya ölkəsinin “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, avtomobillərin işə salınması zamanı proqram təminatındakı xətadan dolayı elektrik avtomobillərinin hər iki tərəfində arxa qabarit işıqlar işləməyə bilər. Bu, zəif görünmə şəraitində qəza riskini artırır.

Məlumata görə, çağırılan avotmobillərin 142 mini 2020-ci ilin dekabrından 2022-ci ilin noyabrınadək istehsal olunan “Model 3” avtomobilləridir, 293 mini isə 2021-ci il yanvarından 2022-ci ilin noyabrınadək istehsal olunan “Model Y” maşınlarıdır. Xətanı aradan qaldırmaq üçün “Tesla” yenilənmə buraxacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər