6 C
Baku
Sunday, December 15, 2024

“Tesla” elektrik avtomobillərin çatdırılmasına görə rekord qırıb

“Tesla” rüb ərzində 87 048 avtomobil istehsal edərək, müştərilərə 92 200 avtomobil çatdırıb. Şirkətin səhmləri analitiklərin gözləntilərini aşaraq bazarda təxminən 7% artıb.

Banker.az xəbər verir ki, üç ay müddətində şirkət 95 200 avtomobil çatdırıb. Bu, birinci kvartal ilə müqayisədə 51% çoxdur. Elektrik avtomobillərin çatdırılması – bazarın diqqətlə izlədiyi göstəricilərdən biridir, hansıki alıcılara faktiki olaraq çatdırılan avtomobillərin sayını göstərir.

 “Biz logistika və çatdırılma əməliyyatlarının optimallaşdırılması sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişik ki, bu da bizə rentabelliyi artırmağa və kapital dövriyyəsini yaxşılaşdırmağa kömək edib”, – şirkətin mesajında deyilir.

Qeyd etmək lazımdır ki, “Tesla” elektrik avtomobillər bazarında artan rəqabət ilə üzləşir. Belə ki, “Ford” dan tutmuş “Jaguar” şirkətlərinə qədər olan avtomobil istehsalçıları elektrik xətlərin yaradılmasına milyardlarla dollar sərmayə qoyurlar. “Volkswagen” və “Mercedes-Benz” artıq may ayından başlayaraq yeni elektrik avtomobillər üçün sifarişlər qəbul etməyə başlayıblar.

“Tesla” nın istehsal etdiyi avtomobillər arasında Model 3 birinci yer tutur. Ümumilikdə 72 531 bu markalı avtomobil istehsal olunub, Model S və Model X analoji göstəricilərə malikdirlər – 14 517 və 17 650 avtomobil.

Avtomobil istehsalçısının avtomobilləri Norveç və Niderland ölkələrində uğurla satılır, burada elektrik avtomobillərin sayı ilk dəfə olaraq 2,5 mini keçib. Danimarkada iyun ayında 426 dənə “Tesla” qeydə alınıb.

Ən çox satılan avtomobil Model 3 olmuşdur (ümumi satışların 80%), Norveçə satılmış avtomobillərin sayı 12 605 ədəd təşkil edir, bu da bazarın 16,1%-dir.

 

Son xəbərlər
Digər xəbərlər