9 C
Baku
Thursday, December 12, 2024

“Tesla” robotaksi təqdimatını 2024-cü ilin oktyabrına kimi təxirə salıb

“Tesla” robotaksi təqdimatını 2024-cü ilin oktyabrına qədər təxirə salıb, bu barədə “Bloomberg” yazır. Şirkət bildirib ki, daha çox prototip yaratmaq istəyir.

2024-cü ilin aprelində “Reuters” mənbələrə istinadən yazmışdı ki, robotaksislərin işə salınması İlon Mask üçün prioritetdir. Bir qədər sonra milyarder təqdimatın avqustun 8-də olacağını açıqlayıb.

Qeyd edək ki, təqdimat oktyabr ayında keçirilsə belə, bu, avtomobilin tez bir zamanda satışa çıxacağına zəmanət vermir. Məsələn, 2019-cu ildə “Cybertruck” elektrik pikapı təqdim edilmişdi, satışlar isə 2023-cü ilin noyabr ayının sonunda başlamışdı.

2024-cü ilin birinci rübündə “Tesla”nın gəliri illik müqayisədə 9% azalaraq 21.3 milyard dollara, xalis mənfəəti isə 55% azalaraq 1.13 milyard dollara düşüb. Tədarük təxminən 8% azalıb.

Şirkət işçi qüvvəsinin 10%-ni ixtisar edəcəyini bildirib və “Baidu” ilə əməkdaşlığa başlayacağını qeyd edib. Mask 2025-ci ildə “Tesla”nın “1000-dən çox Optimus robotunun işləyəcəyini” proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər