23 C
Baku
Saturday, April 20, 2024

“Tesla” səhmdarları şirkətin yenidən qeydiyyata alınması üçün səs verəcəklər

ABŞ avtomobil istehsalçısı “Tesla” təcili olaraq şirkətin qeydiyyat yerinin Delaverdən Texasa dəyişdirilməsi ilə bağlı səhmdarların səsverməsini keçirəcək.

Bu barədə şirkətin baş direktoru İlon Mask sosial şəbəkə hesabında məlumat verib.

Milyarder “X”də sorğu keçirib və sorğu zamanı respondentlərin 87,1%-i “Tesla”nın Texasda yenidən qeydiyyata alınması və baş ofisin oraya köçürülməsi ideyasını dəstəkləyib.

Bu həftə məlum olub ki, Delaver məhkəməsi 2018-ci ildə İlon Maska şirkətə rəhbərlik etdiyinə görə bonus olaraq 55,8 milyard dollar ödəməyə razı olan “Tesla” direktorlar şurasının qərarını ləğv etmək fikrinə gəlib.

Hakim Katlin Makkormik qeyd etdi ki, cəlb edilən məbləğ “ağlasığmaz” məbləğdir və bu, ABŞ tarixində ən böyük korporativ təzminat olub. Mütəxəssislər hesablayıblar ki, İlon Maskın 2021-ci il üçün maaşı dünyanın ən yüksək maaş alan 200 top-menecerinin toplam qazancından altı dəfə çox olub.

Maskın özü məhkəmənin qərarına “X”də cavab verərək oxucuları Delaver ştatında şirkətlərini qeydiyyatdan keçirəndə ehtiyatlı olmağa çağırıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər