5 C
Baku
Thursday, February 29, 2024

“Tesla” səhmləri “Morgan Stanley”in bazar kapitallaşması proqnozu fonunda bahalaşıb

NASDAQ məlumatlarına görə, “Tesla”nın premarketdə Bakı vaxtı ilə saat 13:47-də səhmləri +5.59% artaraq 262.34 dollara çatıb. Qiymətli kağızların qiyməti “Morgan Stanley”in bazar kapitallaşması ilə bağlı proqnozu fonunda artıb.

Qeyd edək ki, “Morgan Stanley” analitikləri “Dojo” superkompüterinin buraxılması ilə əlaqədar “Tesla”nın bazar kapitallaşmasının artımını 600 milyard dollar və ya 76% səviyyəsində qiymətləndiriblər.

“Dojo” avtonom avtomobillər üçün süni intellekt modellərinin hazırlanması üçün nəzərdə tutulub. “Tesla” onun istehsalına iyul ayında başlayıb və gələn il 1 milyard dollardan çox xərcləməyi planlaşdırır.

İyul ayında “Tesla” 2023-cü ilin ikinci rübü üçün hesabat verib. Elektrikli avtomobil istehsalçısının gəliri 47% artaraq 24.93 milyard dollara çatıb ki, bu da analitiklərin 24.47 milyard dollarlıq proqnozunu bir qədər üstələyib. Eyni zamanda kotirovkalar şirkətin baş direktoru İlon Maskdan sonra eniş göstərib.

Son xəbərlər
Digər xəbərlər