15 C
Baku
Friday, April 26, 2024

Tesla şirkəti 3 500 işçisini ixtisara salır

Yenidənqurma şirkətin  itkisiz mərhələyə çıxmaq üçün planının bir hissəsidir

Elektrik enerjisinin saxlanılması üçün həlli yollarının və elektromobillərin istehsalçısı -Amerika şirkəti Tesla işçilərinin 9% -ni azaltmaq niyyətindədir. İxtisara düşən təxminən 3,5 min adam olacaq. The Wall street jurnalı bildirdiyinə görə, qərar şirkətin xərclərinin azaldılması və itkisiz mərhələyə çıxışı üzrə planının bir hissəsidir.

Tesla şirkətinin Baş icraçı direktoru  İlon Mask xidməti yazışmada bildirib ki, ixtisarlar avtomobillərin yığılmasını birbaşa ​​icra edən işçilərə toxunmayacaq. O, həmçinin qeyd edib ki, yenidənqurma idarəetmə strukturunu sadələşdirmək planının bir hissəsidir və bu ayın sonuna kimi Model 3-ün istehsal həcminin əldə olunmasına mane olmamalıdır.

Mask: Tesla Roadster-ə raket mühərrikləri qurulacaq

Mask xatırladıb ki, Tesla fəaliyyətinin 15 ili ərzində heç bir dəfə də olsun ilin yekunları üzrə mənfəətini göstərməyib. “Biz pulun xətrinə işləmirik. Biz təmiz enerji qaynağı yaratma fürsətindən ilham alırıq, ancaq biz stabil gəlirli şirkət olacağımızı dünyaya göstərməyənə qədər məqsədimizə nail olmayacağıq”,-o yazıb.

Bu ayın sonuna qədər Mask Model 3-ün buraxılışını həftədə 5 min avtomobilə qədər artırmağı vəd etdi. Əgər buna nail ola bilərsə, şirkət ilin sonuna qədər yüksək gəlir səviyyəsinə çatacaq.

Çərşənbə axşamının ticarət nəticələri üzrə,Tesla səhmlərinin kotirovka dəyəri 3,2% yüksəldi. Şirkət ötən il ərzində kapitallaşma səviyyəsini 8,8% təşkil edib, çünki şirkət Model 3-ün istehsalını nəzərdə tutulan səviyyəyə çatdıra bilməmişdir. Analitiklərin fikrincə, istehsalçı 2020-ci ilin sonuna qədər təxminən 10,5 milyard dollar sərmayə cəlb etməlidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər