7 C
Baku
Thursday, December 12, 2024

“Tesla” uşaqlar üçün elektromobil istehsalına başlayır

İlon Maskın “Tesla” şirkəti 8 yaşdan yuxarı uşaqlar üçün 1900 dollara “Cyberquad for Kids” elektromobilinin istehsalına başlayır.

Banker.az xəbəməlumata görə, tədarükün yaxın 2-4 həftə ərzində başlayacağı planlaşdırılır. Şirkət xəbərdarlıq edib ki, bayram günlərində müəyyən gecikmələr ola bilər.

29b000191a17993e2deb3baf9f448ef3ccf113c6

“Cyberquad for Kids” 16 km/s sürətlə 24 kilometrə qədər məsafə qət edə bilir. Batareyanı tam yükləmək üçün 5 saata qədər vaxt tələb olunur. Kvadrosiklin çəkisi 55 kq, maksimal yük tutumu isə 68 kq təşkil edir.

“Tam elektrikli “Cyberquard” ilə istənilən macəraya hazır olun”, – deyə şirkətin saytında bildirilir.

a8e0413feb2499d0f7665aee826129e7e139c7ae

Xatırladaq ki, kvadrosiklin böyüklər üçün versiyası hələ 2019-cu ildə təqdim edilib. Milyarder İlon Maskın yaratdığı daha bir yenilik kiberfitdir. Şirkətin rəsmi saytında cihazın qiyməti 50 dollar kimi qeyd olunur.

“Tesla” yeni elektrikli pikapını 2021-ci ilin sonunda buraxmağı planlaşdırsa da, sentyabr ayında “Cybertruck”la bağlı problemlər səbəbindən istehsalı 2023-cü ilə qədər təxirə salıb.

Son xəbərlər
Digər xəbərlər