9 C
Baku
Thursday, December 12, 2024

“Tesla” və “Panasonic” batareya zavodunun genişləndirilməsini dayandırırlar

“Nikkei” şirkətinin verdiyi məlumata görə, elektrik avtomobilinin istehsalçısı olan “Tesla” və elektrikli vasitələr üçün batareyaları istehsal edən “Panasonic”, Gigafactory 1 zavodunda istehsal gücünün genişləndirilməsini dayandırırlar. Qeyd edək ki, şirkətlər istehsala artıq 4,5 milyard dollarlıq sərmayə qoyublar.

Rino (Nevada ştatı) şəhərinin yaxınlığında yerləşən Gigafactory, ilk olaraq 50 GV litium-ion batareyaları bloklarının gücü ilə inşa edilmişdir. O, “Tesla” və “Panasonic” şirkətlərinin ortaq müəssisədir. Onlar Tesla Model 3 elektrikli avtomobillər üçün batareya istehsal edirlər.

“Panasonic” batareyaların elementlərini istehsal edir, “Tesla” isə onları akkumulyator bloklarına yığır. Şirkətlər 2020-ci ilə qədər fabrikin istehsal gücünü 50%-ə qədər artırmağı planlamışdırlar, lakin maliyyə göstəriciləri bu planları təxirə salmış olub.

Hal-hazırda, Gigafactory ildə təxminən 200 milyon ziyana işləyir, genişlənməni mümkünsüz edən amillərdən biri də “Tesla” avtomobillərinə tələbatın aşağı düşməsi olmuşdur. Xatırladaq ki, yanvar ayından bəri şirkətin satışları ötən rüb ilə müqayisədə 30% aşağı düşüb.

Qeyd edək ki, elektrikli avtomobillərin marjası çox da yüksək deyil. Bu biznesdə əsas şey satışların stabil şəkildə artmasını təşkil etməkdir. “Tesla” buna hələ ki nail ola bilmir. Bunun nəticəsində “Panasonic” şirkəti, “Tesla” ilə istehsal münasibətlərini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Bu xəbərin fonunda “Tesla” səhmlərinin qiyməti 2,85% aşağı düşmüşdür.

Eyni zamanda, şirkət istehsal həcminə dair proqnozlarını daim yenidən nəzərdən keçirir. 2019-cu ilin ilk üç ayında 63 min avtomobil istehsal edilmişdir. Bu, ötən ilin dördüncü rübü ilə müqayisədə 31% azdır, Bloomberg xəbər verir.

2019-cu ilin birinci rübündə istehsal həcmi 10,9% aşağı düşərək, 77,1 min avtomobil təşkil edib (ötən il bu rəqəm 86,5 min olub). Bunun əsas səbəbi kimi şirkət Avropa və Çində yaranmış təchizat problemlərini göstərir.

İstehsal həcminin aşağı düşməsi və qiymətlərin dəyişməsi, birinci rübün maliyyə nəticələrinə mənfi təsir göstərəcək, “Tesla” mesajında qeyd edir.

Son xəbərlər
Digər xəbərlər