13 C
Baku
Friday, April 19, 2024

“Tesla”nın kapitallaşması 550 mlrd. dollara düşüb

Milyarder İlon Maskın sahib olduğu “Tesla” şirkətinin kapitallaşması 26 yanvar tarixindəki ən yüksək göstəricidən bəri təxminən 300 milyard dollar azalıb.

Bu, “Tesla” səhmlərinin bir il ərzində üçüncü dəfə dəyər itirməsi ilə əlaqəli olub.

Xatırladaq ki, bazar ertəsi günü “Tesla” səhmləri 4%-dən çox, 26 yanvardan bu yana isə təxminən 35% ucuzlaşıb. İnvestorların faiz dərəcələrinin artması və yüksək qiymətli səhmlərin satılması ilə bağlı narahatlıqları arasında “Tesla” S&P 500 indeksinə qatılandan sonra “Facebook”dan geri qalıb. Son aylarda “Tesla” səhmləri ilə əlaqəli aktivlik avtomobil istehsalını sürətlə genişlənməsi ilə bağlı olub. Səhmlərdəki son endə şirkətin CEO-su İlon Maskdan şənbə günü “Tesla”nın planlaşdırılan “Tesla Cybertruck” pikapının ikinci rübdə yeniləyəcəyini bildirən “tvit”dən sonra baş verib.

Qeyd edildiyi kimi, 2020-ci ilin əvvəlindən bəri bazar ertəsi günü səhmlər təxminən 50% və ya ondan çox ucuzlaşıb. Bundan əlavə, 2020-ci ilin fevral və mart aylarında 60%-dən yüksək enmə müşahidə edilib. Avqust ayında yeni zirvələrə qalxandan sonra səhmlər yenidən 33% ucuzlaşıb.

Ümumilikdə, bazar ertəsi günü Nasdaq birjasında “Tesla” kapitallaşmasının təxminən 30%-ni itirib. “Forbes Real-Time” reytinqinə görə, İlon Maskın sərvəti 143.7 milyard dollar olaraq qiymətləndirilir, son 24 saat ərzində milyarder 7.1 milyard dollar itirib.

Mütəxəssislərin fikrincə, “Tesla” səhmlərinin ucuzlaşması şirkətin fevralın 8-də 1.5 milyard dollara bitkoin alması ilə əlaqəli olub. “Reuters”in qeyd etdiyi kimi, onların dəyəri təxminən 1.7 milyard dollar təşkil edib (bir bitkoin 45 min dollar qiymətinə).

Digər texnologiya şirkətlərinin səhmləri fevralın 12-də böyük dəyər itirib. Lakin buna baxmayaraq, “Tesla”nın itkisi Uoll-Stritin digər “ağırçəkililəri” ilə müqayisədə daha əhəmiyyətli olub. Fevralın 12-də “Apple” təxminən 13%, “Amazon”, “Microsoft” və “Facebook” isə 10%-dən az itirib.

Son xəbərlər
Digər xəbərlər