26 C
Baku
Saturday, July 27, 2024

“Tesla”nın maliyyə direktoru 13 ildən sonra şirkətdən ayrılır

“Tesla”nın maliyyə direktoru Zakari Kirkhorn 13 ildən sonra şirkəti tərk edəcək. Bildirilir ki, Kirkhorn 2023-cü ilin sonuna qədər ştatda qalacaq, işləri tamamlayacaq. Onun şirkətdən ayrılma səbəbi açıqlanmır.

Kirkhorn “Tesla”ya 2010-cu ildə gəlib və 2019-cu ildə baş maliyyə direktoru vəzifəsini icra etməyə başlayıb. 2021-ci ildə şirkətin baş direktoru İlon Mask zarafatla onu “qəpik-quruşun ustası” adlandırmışdı – bu, dövlət xəzinəsinə məsul şəxslərə verilən “Taxt-tacların oyunu”nda kral rütbəsidir.

Zakari Kirkhornu baş mühasib Vaibhav Taneja əvəz edəcək. “TechCrunch”ın məlumatına görə, o, 2017-ci ildən şirkətin mühasibatlıq departamentində işləyib. Bundan əvvəl isə “SolarCity Corporation” enerji şirkətinin maliyyəsi ilə məşğul olub.

Kirkhorn əvvəldən “digər menecerlərdə çatışmayan bacarıqları” ilə seçilib və İlon Maskla anlaşmağı bacarıb. Direktorlar şurası onun Maskın varisi ola biləcəyini mümkün hesab edir.

Son xəbərlər
Digər xəbərlər