11 C
Baku
Cümə, Dekabr 3, 2021

“Tesla”nın rəqibi “Rivian” IPO-da $12 mlrd. cəlb edib

“Tesla”nın rəqibi, elektromobil istehsalçısı “Rivian” IPO-da biri 78 dollar qiymətinə 153 milyon səhm satıb.

Banker.az xəbər verir ki, bu, “Alibaba” (25 milyard dollar), “Meta Platforms (16 milyard dollar) və “General Motors”dan (15.8 milyard dollar) sonra cəlb edilən vəsaitin həcmi baxımdan dördüncü nəticədir.

Verilən məlumata görə, şirkət NASDAQ-da noyabrın 10-dan etibarən RIVN tikeri ilə ticarətə başlayacaq. IPO-dan sonra “Rivian”ın kapitallaşması 77 milyard dolları keçib (ilin əvvəlində bu göstərici 27.6 milyard dollar olub).

İnvestorlara təqdimat zamanı “Rivian” özünü kapitallaşması 1 trilyon dollara çatan “Tesla” ilə müqayisə edib. Şirkət IPO-dan toplanan pulu elektrik avtomobil bazarında iştirakını artırmaq üçün istifadə etməyi planlaşdırır.

Xatırladaq ki, daha əvvəl “Tesla”nın bazar dəyəri “Hertz” ilə bağlanana müqavilədən sonra 1 trilyon dolları keçib. Şirkət Maskdan 100 min elektromobil sifariş edib. Bu, elektrikli avtomobil bazarında ən böyük müqavilə olub. Planlarını açıqlayandan sonra elektrikli avtomobil istehsalçısının səhmləri rekord 998.7 dollara çatıb.

Son xəbərlər
Oxşar xəbərlər
X