Dünya birjalarında neftin dəyərindəki ucuzlaşma davam etməkdədir.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08:11 radələrində Nyu-Yorkun Nymex əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri 1,86 dollar ($), yəni 14,55% ucuzlaşmaqla 10,92$ səviyyəsinə düşüb.
Londonun ICE qitələrarası fond birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,06$, yəni, 5,30% ucuzlaşmaqla 18,93$ dəyərində ticarət olunur.