28 C
Baku
Saturday, July 27, 2024

“Texnikabank” və ADİF məhkəməsindən xəbər var

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri 11 saylı Notariat Kontorunun xüsusi notariusu Məmmədov İlqar Aydın oğlunun “Texnikabank”ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, notariat kontorunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu “Texnikabank”ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Notariat kontoru pul vəsaitlərinin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı mümkünsüz sayaraq, qərardad çıxarıb. Həmin qərardaddan narazı qalan Notariat kontoru apellyasiya şikayəti verib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2016-cı il fevralın 1-də verdiyi qərarla “Texnikabank” ASC-nin lisenziyası ləğv edilib. 1 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər