TEXNİKİ DƏSTƏK ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ
Vəzifə üzrə əsas fəaliyyət:
- Kompüter istifadəçilərindən müraciətlərin qəbul edilməsi və texniki dəstək xidmətinin həyata keçirilməsi;
- İstifadəçi kompüterlərində yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması;
- Yeni proqram təminatlarının istifadəçi kompüterlərinə yüklənməsi;
- İstifadəçilərdə kompüterlərin şəbəkələrə qoşulmalarında yaranmış kiçik nasazlıqların aradan qaldırılması;
- Printerlər və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqların aradan qaldırılması;
- Müxtəlif təcili pul köçürmə sistemləri üzrə texniki xidmətin aparılması və dəstəyin göstərilməsi;
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Tələb olunan sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir)
- Azərbaycan dilində səlis danışıq və qrammatik bilikləri;
- İngilis və Rus dili bilikləri (orta səviyyədə);
- Kompüterlər və periferik qurğuların quraşdırılması bilikləri;
- Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi bilikləri;;
- VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange haqqında fundamental bilikləri;
- Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri;
- Fərdi və komanda şəklində işləyə bilmək;
- Ünsiyyət qurmaq və təqdim etmə bacarığı;
- Diqqətlik, operativlik və təşəbbüskarlıq;
- Yüksək gərginlik altında işləmək bacarığı:
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33