5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“The Walt Disney Company”ə ilk dəfə qadın rəhbərlik edəcək

“The Walt Disney Company”nin Direktorlar Şurası qrupun rəhbərliyinə Syuzan Arnoldu gətirdiklərini açıqlayıb.

Beləliklə, 98 illik tarixə malik bu məşhur əyləncə qurumunun rəhbəri ilk dəfə qadın olacaq.

Qeyd edək ki, 14 ildir “Disney”in Direktorlar Şurası üzvü olan 64 yaşlı S.Arnold 2018-ci ildən şuranın müstəqil baş direktoru vəzifəsini tutub. Bununla yanaşı, 8 ildir “Carlyle” beynəlxalq sərmayə şirkətinin rəhbərliyində təmsil olunub.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər