“Meta”nın təqdim etdiyi “Threads” sosial şəbəkəsinin istifadəçi sayı 100 milyonu keçib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
“TechCrunch” qeyd edir ki, sosial şəbəkə üçün istifadəçiləri əldə saxlamaq asan olmayacaq: xidmətdə hələ bir çox funksiyalar, məsələn, abunələr, heşteqlər yoxdur.
Daha əvvəl “Twitter” “Meta”nı məhkəmə ilə hədələyib. Şirkət “Threads” sosial şəbəkəsinin yaradıcılarını “Twitter”in “kommersiya sirri və digər əqli mülkiyyətdən sistemli, bilərəkdən və qeyri-qanuni istifadə etməkdə” ittiham edib.