10 C
Baku
Thursday, December 12, 2024

Tibbi xidmətlərə görə ödənilən ƏDV-nin geri alınması layihəsi I oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə gələn ildən tibbi xidmətlərə görə ödənilən Əlavə Dəyər Vergisini (ƏDV) geri almaq mümkün olacaq.

Bundan əlavə, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq.

Belə ki, 165.5-ci maddəyə təklif edilən dəyişikliyə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, istisna olmaqla) habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 %-ini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 %-ini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər