2 C
Baku
Saturday, December 14, 2024

Ticarət və xidmət sektoruna kredit qoyuluşlarında sıçrayış

2019-ci ilin sonunda ticarət və xidmət sektoruna cəmi kredit qoyuluşları 2 milyard 491 milyon 300 min manat təşkil edib. Bu da, 2018-ci ilin sonu ilə müqayisədə 111 milyon 800 min manat çoxdur. 2019-cu ilin noyabr ayı ilə müqayisədə dekabrda ticarət və xidmət sektoruna kredit qoyuluşları 151,8 milyon manat artıb.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

İnşaat və əmlak sektoruna kredit qoyuluşları isə 2019-ci ilin sonunda 477,1 milyon manat təşkil edib. 2018-ci ildə bu göstərici 388,8 milyon manat olub. İllik müqayisədə 2019-ci ildə inşaat və əmlak sektoruna kredit qoyuluşları 88,3 milyon manat artıb. 2019-ci ilin noyabr ayında isə inşaat və əmlak sektoruna kredit qoyuluşu 583,5 milyon manat olub, bu da aylıq müqayisədə dekabr ayında bu sahəyə kredit qoyuluşunun 106,4 milyon manat azalması deməkdir.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna kredit qoyuluşları 8,2 milyon manat artaraq 611,4 milyon manata yüksəlib.

Kənd təsərrüfatına kredit qoyuluşları 23,3 milyon manat artaraq  543,4 milyon manata qalxıb.

Sənaye və istehsal sektoruna kredit qoyuluşları isə 58,3 milyon manat azalaraq 872,6 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər