26 C
Baku
Wednesday, April 24, 2024

Tikinti materialları bazarında qiymətlər “od tutub yanır” – Ən çox bunlar bahalaşıb

Azərbaycanda ən çox qiymətin artım müşahidə edildiyi tikinti materiallarının qiyməti yenidən bahalaşmaqdadır.

Banker.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ən çox bahalaşmanın hiss olunduğu materiallar əsasən taxta məhsullarıdır.

Məsələn, parketin son bir ayda qiyməti 4.7%, son ildə isə 62.2% bahalaşaraq hər kvadrat metri 36.67 manat təşkil edib.

İkinci ən çox bahalaşma isə DSP-nin qiymətidir. Ağac-yonqar lövhənin hər kvadrat metri son ayda 1.1%, son ildə isə 51.1% bahalaşaraq 15.34 manata yüksəlib.

Ağaclifli lövhələrin qiymətləri isə son ayda 1.0% , son ildə 40.5% artmaqla bir kv-metri 15.90 manat olub.

Untitled

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər