25 C
Baku
Friday, April 19, 2024

Tikinti materialları qiymətində böyük artım var – SİYAHI

Azərbaycanda tikintidə istifadə edilən əsas materialların qiyməti yenidən qalxıb. Demək olar ki, hamısı ilik 3%-dən çox bahalaşıb. Bahalaşanların əksəriyyəti inşaatda ilkin istifadə edilən materiallar təşkil edir.

Banker.az bu barədə 1 avqust 2021-ci il tarixinə olan rəsmi rəqəmlərə istinadən xəbər verir.

Semetin 50 kiloqramının qiyməti artıq 8.33 manata yüksəlib. Bu son bir ayda 0.5%, son bir ildə isə 11.7% bahalaşma olmuşdur.

Ölkədə son bir ildə ən çox bahalaşma taxta materiallarında müşahidə edilir. Kəsilmiş taxtanın hər kub metrinin qiyməti 423 manat olub, bu da son bir ayda 1.9%, son bir ildə isə 35.8% bahalaşma deməkdir. Ağac yonqar lövhənin hər kvadrat metrinin qiyməti  10.5 manat olmaqla, son ayda 1%, son bir ildə isə 20.6% bahalaşmışdır. Ağac lifli lövhənin hər kv-m-i isə  11.9 manat olmuş, son bir ayda 1.5%, son bir ildə isə 20.4% bahalaşmışdır.

Taxta materiallarında artıma səbəb yerli bazarda tələbin yüksəlməsi və xaricdən (Rusiyadan) alınan bu məhsulların bahalaşmasıdır. Bununla bağlı öncəki günkü yazıdan oxuya bilərsiniz.

Alçipanın hər kv-m-nin qiyməti  son ayda 0.6%, son bir ildə isə 30.3% bahalaşmaqla 5 manat olub.

42342234323424
Son xəbərlər
Digər xəbərlər