9 C
Baku
Thursday, December 12, 2024

“TikTok” “Microsoft”un təklifini rədd edib

“TikTok”a sahib olan “ByteDance” şirkəti “Microsoft”un alış təklifini rədd edib/

Banker.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.

Verilən məlumata görə, hal-hazırda “TikTok” uğrunda yalnız Amerikanın “Oracle” korporasiyası mübarizə aparır. Qeyd edək ki, “ByteDance” onu “texnoloji tərəfdaş” adlandırır.

“New York Times” əlavə edir ki, “Microsoft” əvvəllər “TikTok”un kompüter kodunu almaq tələbini irəli sürmüşdür. Bundan sonra Çin texnologiyaların ixracını qadağan edən qanun qəbul edib.

Bildiyimiz kimi, ABŞ hökuməti tətbiq sentyabrın 15-dək satılmadığı təqdirdə, ölkə daxilində blok etmək istəyir. Belə ki, kəşfiyyat agentlərinin fikrincə, şəbəkə rəhbərliyi istifadəçilərin şəxsi məlumatlarını Çin səlahiyyətlərinə ötürməklə yanaşı, təbliğatla məşğul olur.

Son xəbərlər
Digər xəbərlər