“TikTok” yanlış məlumatların yayılmasına qarşı mübarizə çərçivəsində saxta videolar barədə bildiriş sistemini işə salacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, istifadəçilər özündə yanlış məlumatları əks etdirən videolar yerləşdirməyə çalışdıqda, sosial şəbəkə onlardan bu mövzu ilə bağlı həqiqətə uyğun gələn məlumatlar axtarmalarını xahiş edəcək. Bununla yanaşı, “TikTok” məzmunun düzgünlüyünü qiymətləndirməyə kömək edəcək xidmətlə əməkdaşlıq etməyə başlayacaq. Nəticədə, etibarsız materiallar platformadan avtomatik silinəcək.
Verilən məlumata görə, yeni funksiya “Irrational Labs” tərəfindən hazırlanıb və sınaqdan keçirilib. Bu yenilik önümüzdəki həftələrdə qlobal miqyasda istifadəyə veriləcək, ABŞ və Kanadada isə fevralın 4-dən əlçatan olacaq.
“TikTok”un ideyasına görə, məzmunun təhlili istifadəçiləri materialı dərc etməzdən əvvəl diqqətli olmağa məcbur edəcək.
Xatırladaq ki, yanvarın 13-də sosial şəbəkə 13-15 yaşlı istifadəçilərin hesablarını privat etmək qərarını vermişdir.