3 C
Baku
Tuesday, February 27, 2024

“TikTok”un ölkədə müvəqqəti məhdudlaşdırılmasının səbəbi açıqlanıb

“Tik-Tok” sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, müəyyən insanlar var ki, “Tik-Tok”u daha asan istifadə oluna bilən formata salmışdı.

“Yəni, “Tik-Tok”un özünün alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır. Bu vasitə ilə sizi həm doğru, həm yalnış istiqamətlərə yönəldə bilir. Yəni, siz doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun misal olaraq 10 dənə yalnış və sövqedici məlumat paylaşsanız, siz burada informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz. Eyni addımı düşmən ölkə da atıb. Eyni təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu, risk daşıdığı üçün bu formada addım atılıb”,- deyə Tural Məmmədov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər