10 C
Baku
Thursday, December 12, 2024

Tim Kuk: ofisdəki görüşlər yaradıcılığa kömək etsə də, “Apple” distant rejimdə də yaxşı işləyir

“Apple” şirkətinin rəhbəri Tim Kuk, “The Atlantic Festival” festivalında işçilərinin distant işləmək bacarığından təsirləndiyini söyləyərək, bəzi vərdişlərin pandemiyadan sonra da davam edəcəyini təxmin edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Sahibkar “Apple”in əvvəlki rejimə qayıdacağına inanmır, çünki bəzi şeylər “virtual olanda daha yaxşı nəticə verir”. Tim Kuk qeyd edir ki, pandemiyaya görə hamının kütləvi şəkildə distant iş rejiminə keçməsinə baxmayaraq, “Apple” Apple Watch və iPad da daxil olmaqla yeni məhsullar yaratmağa davam edir.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda “Apple” işçilərinin 10-15%-i ofisə qayıdıb. Müxtəlif proqnozlara görə, işçilərin çox hissəsi ofislərə 2021-ci ildə qayıda biləcək. Qeyd edək ki, Tim Kuk özü də həftədə bir neçə dəfə ofisə gedir.

Baş direktor ofisdəki işin “yaradıcılıq potensialını oyatdığını” da qeyd edib. Şəxsi görüşlərin olmamasından həmçinin “Netflix”in rəhbəri Rid Hastings də şikayət etmişdir. Onun fikrincə, pandemiya dövründə ideyaları müzakirə etmək daha çətindir.

Son xəbərlər
Digər xəbərlər