24 C
Baku
Thursday, April 18, 2024

Time-menecmentin əsas qanunları

1. Stiv Taylor qanunu: Fəaliyyətinizin nizamlı olması effektivliyinizə təsir edir.

Böyük həvəs, gümrahlıq və güclü şəkildə nə isə yaratmaq hissi ilə zəngin olduğunuz an gündəlik işlərlə məşğul olmayın. Dərhal öz iri layihələrinizi həyata keçirməyə başlayın.

Və əksinə, enerjiniz tamamilə tükəndiyi an maraqsız, cansıxıcı işlərlə məşğul olmağa, internetdə vaxt keçirməyə və digər monoton işlərlə məşğul olmağa çalışın.

2. Durğunluq qanunu: Müəyyən nəticələr əldə etdikdə effektivlik həcmi aşağı enir.

Hər hansı bir məqsədə doğru istiqamətləndikdə, əsasən də başlanğıc mərhələdə, hər şey yolunda getməyə başladıqda əsas olan rahatlanmamaqdır. Əgər dayansanız və yaxud istirahət etməyə qərar versəniz, elə bu an effektivlik səviyyəsi aşağı enməyə başlayacaq.

Bu zaman əvvəlki nəticələrə geri dönmək çox çətin olacaq. Buna görə də, son ana qədər gözləmək lazım deyil, ən yaxşısı addım-addım nəticəyə doğru hərəkət etməkdir. Bu halda məhsuldarlığınız və motivasiyanız enməyəcək.

3. Henri Laborit qanunu: Hər bir insan xüsusəndə onu etdikdə məmnunluq duyduğu hər hansı bir xüsusi istedada meyillidir.

Əgər sən bütünlüklə bu qaydaya əməl edirsənsə sənə “İşləyirsən?” sualını verdikdə cavabın bu cür olur: “Mən işləmirəm, sevdiyim işlə məşğul oluram”. İnsanlar adətən sevmədikləri, hətta onlara əks olan işlərdə işləyirlər. Onlar işə sadəcə pul xətrinə getdiklərindən işdən məmnunluq duya bilmirlər.

4. Həqiqi maraq qanunu: Gördüyün işə qarşı maraq nə qədər çox olarsa, zaman da bir o qədər sürətlə keçər.
Bir şeylə həqiqi maraqla məşğul olduqda, zamanın necə sürətlə keçib getdiyinin fərqinə belə varmazsan. Burada əsas olan bir cəhəti unutmamaqdır: iş həqiqətən də maraqlı olsa belə, ifrata varmamaq lazımdır. Ailənin, dostların və ən əsası sağlamlığın daha vacib olduğunu unutma.

5. Paretto qanunu: fəaliyyətinizin 20%-i sizə 80% uğurlu nəticə qazandırır.

Bütün fəaliyyətinin 20%-i həyatında vacib olan ən əsas işlərdir. Əsas olan bu işləri düzgün şəkildə müəyyən etmək, ayırmaq və hər gün yerinə yetirməkdir.

Son xəbərlər
Digər xəbərlər