-1 C
Baku
Sunday, December 15, 2024

“Tinkoff Group” müştərilərin davranışını proqnozlaşdıran texnologiyaları inkişaf etdirmək məqsədilə superkompüter yaradıb  

Şirkət onu “Kolmoqorov” adlandırıb.

Superkompüter – bir-biri ilə yüksək sürətli şəbəkə ilə əlaqələndirilmiş hesablama güclərinin birləşdirilməsidir. O, “Tinkoff Group” şirkətinə 13 illik bir müddət ərzində topladığı məlumatlar əsasında neyron şəbəkələri daha tez və səmərəli şəkildə öyrətməyə kömək edəcəkdir. Şirkət kompüterə “Kolmoqorov” adını verib – Rusiyanın tanınmış riyaziyyatçısının şərəfinə.

“Tinkoff” prediktiv analitikanı inkişaf etdirməyi planlayır (müştəriləri davranışının proqnozlaşdırılması). Xüsusilə, bu kompüter “Tinkoff Bank” xidmətlərinin satılma ehtimalını hesablayan modelin yenilənməsi üçün istifadə olunacaq.

Eyni zamanda nitq texnologiyalarının qısa bir zamanda inkişaf elətdirilməsi planlaşdırılır: 2018-ci ildə təqdim edilmiş “Oleq” səs köməkçisinə təlimlərin keçirilməsi.

“Kolmoqorov” on dənə hesablama servirindən təşkil olunub, əlavə olaraq iki dənə server məlumatların saxlanılması üçün istifadə olunur. Ümumilikdə on ədəd serverə və müvafiq avadanlığa 1 milyon dollar xərclənib. Qrup nümayəndəsinin verdiyi məlumata görə, superkompüterin yaradılması məqsədyönlü olmamışdı və “Tinkoff” güclərini digər şirkətlərə satmaq niyyətində deyil.

“Tinkoff Group” özündə “Tinkoff Bank” bankını, “Tinkoff Mobile” onlayn operatorunu, “Tinkoff Insurance” sığorta şirkətini və tərtibat mərkəzini birləşdirir.

Son xəbərlər
Digər xəbərlər