13 C
Baku
Saturday, November 23, 2024

TL devalvasiya və ya dəyər azalması?

Bir çox mətbuat orqanlarına diqqət etsək TL dəyərinin düşməsini devalvasiya kimi qələmə verirlər. Lakin bu proses sadəcə TL – nin dəyərini itirməsidir. İzahı isə çox sadədir. Devalvasiya sabit məzənnə sistemi zamanı olur və yalnız idari qərarla baş verir. Türkiyə hökumətinin isə belə bir qərarı yoxdur və Türkiyə sərbəst üzən məzənnə rejimindədir. Sərbəst üzən məzənnə sistemində bir ölkənin valyutası heç bir hökumət qərarına ehtiyac duymadan tələb və təklifə əsasən dəyərini itirə bilir. Türkiyə 30 ildən uzun müddətdir ki, sərbəst üzən məzənnə siyasətini tətbiq edir. Lakin o demək deyil ki, bu müddət ərzində Türkiyədə devalvasiya olmayıb. Buna misal olaraq 1994-cü il devalvasiyasını göstərmək olar. Bu hadisə dünya iqtisadiyyatı tarixinə də keçib.

TL niyə dəyər itirir?

İlk səbəb çox sadədir. Dollar dünya birjalarında oktyabr ayından etibarən ciddi dəyər artımı edib.

İkinci səbəb Türkiyə Mərkəzi Bankının inflyasiyanın enəcəyi ilə bağlı proqnozlarına əsasən faiz endirimi etməsidir.

Türkiyənin iqtisadi rəqəmlərinə diqqət etdiyimiz zaman ixracat rəqəmlərində artım, idxal rəqəmlərində geriləmə müşahidə edirik. Amma diqqət etsək bu geriləmə ixracat zamanı daha çox məhsulu daha ucuz qiymətə sataraq və idxalda isə daha az məhsulu daha baha almaq kimi bir problemi də yaradıb. Bu Türkiyənin xarici ticarəti yönündən baxdığımız zaman ciddi bir problem yaradır.

Faiz inflyasiyanın səbəbi deyil nəticəsidir. İnflyasiyanın səbəbi iqtisadiyyatda olan risk artımlarıdır. Risklərdəki artımlar iqtisadi proqnozları pozur. Bu pozulmaların sayəsində TL durmadan dəyər itirir. TL – nin dəyər itirməsi idxal xərclərini yüksəldir və xarici borcların TL qarşılığını yüksəldərək istehsalat xərclərinin yüksəlməsinə səbəb olur və nəticədə inflyasiyaya səbəb olur. Bu vəziyyətdə faizlərin endirilməsindən Türkiyədə yalnız banklar mənfəətli çıxırlar.

Müəllif: Camid Mövsümov

Son xəbərlər
Digər xəbərlər