16 C
Baku
Monday, May 6, 2024

Tokayev Qazaxıstanda prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanun imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə başçısının səlahiyyətlərini məhdudlaşdıran qanun imzalayıb.

Bu barədə Prezident Sarayının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, təntənəli mərasim zamanı Prezident Tokayev Qazaxıstan Respublikasının Konstitusiyasında yer alan 16 mart 2022-ci il tarixli “Prezidentin göstərişlərinin icrasına dəyişiklik və əlavə haqqında” qanunu imzalayıb.

Tokayev Konstitusiya islahatlarının Qazaxıstan tarixində yeni dövrün başlanğıcı olduğunu deyib.

Onun sözlərinə görə, bu islahatlar son üç il ərzində ölkədəki siyasi dəyişiklikləri möhkəmləndirdi və dövlətçiliyin daha da güclənməsi üçün möhkəm bünövrə saldı.

Xatırladaq ki, noyabrın 3-də ölkə parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdıran, onun ailə üzvlərinin siyasi fəaliyyətlə məşğul olmaq imkanları barədə əlavə və dəyişiklikləri qəbul etdi.

Dəyişikliyə əsasən, ölkə başçısının qohumları dövlət orqanlarında rəhbər vəzifələrə təyin edilə bilməz.

Bundan əlavə, prezidentin parlamentin yuxarı palatasının yaradılmasında və yerli hökumət orqanlarının işinin təşkilində iştirakı da məhdudlaşdırılacaq.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər