1 C
Baku
Saturday, December 14, 2024

Tom Li: bitcoin-in kursu 17 apreldən sonra minimuma düşəcək

Kriptovalyuta investoru və tanınmış Fundstrat analitik şirkətin həmtəsisçisi hesab edir ki, ABŞ-da vergilərin ödənilməsinin son günündən sonra, ayın ikinci yarısında bazar minimuma qədər düşəcək.

CNBC məlumat verir ki, Wall-Street-in analitiki, kriptovalyuta investoru və Fundstrat şirkətinin həmtəsisçisi Tom Li hesab edir ki, “rəqəmsal pul bazarından kapitalin “kütləvi axını” 17 aprel ərəfəsində sürətlənə bilər, bu ABŞ-da vergilərin ödənilməsinin son günüdür.  

Tom Li qeyd edib ki, Amerikanın treyder və investorları rəqəmsal pullarla  əməliyyatlar üçün dövlətə 25 milyard dollar borcludurlar. Birjalar da vergiləri vaxtında ödəməli olacaqlar, ona görə də onlar yaxın günlərdə kriptovalyutaları fəal şəkildə satmağa başlaya bilər, bu isə rəqəmsal pulun dəyərinə mənfi təsir göstərə bilər.

“Biz hesab edirik ki, ABŞ-ın yurisdiksiyasında gəlir vergisi ödəməyə borclu olan kriptovalyuta birjaları bazarda təzyiq yaradırlar. 2017-ci ildə birjaların təmiz gəliri 1 milyard dollara bərabər olub və ya bu rəqəmi ötüb. Eyni zamanda, onların dövriyyə vəsaitləri USD-də deyil, bitcoin və ethereum-da cəmləndiyindən, müvafiq olaraq, vergi öhdəliklərini yerinə yetirmək üçün BTC/ETH satırlar”, – deyə ekspert bildirib.

Mütəxəssis əlavə edib ki, “təcrübə göstərir ki, hər dolların axını kriptovalyuta bazarının kapitalizasiyasının 20-25 dollar düşməsi ilə nəticələnir”. 2018-ci ilin ilk üç ayında bazarın ümumi kapitalizasiyası 50% düşdü, bitcoin və ethereum üçün bu tarixdə ən uğursuz dövr oldu.

Daha əvvəl mütəxəssis ilk kriptovalyutanın kursuna dair proqnoz vermişdi. Onun fikrincə, BTC-nin qiyməti 2020-ci ilin mart ayında 91 000 dollar göstəricisinə çatacaq. 2018-ci ilin yanvarında bitcoin-in kursu 9000 dollara düşdükdə, analitik bildirmişdi ki, sikkə ilin sonuna qədər 25 000 dollara qədər bahalaşacaq.

Son xəbərlər
Digər xəbərlər