18 C
Baku
Monday, May 27, 2024

Torpaq sahələrində qiymətlər necədir?- Araşdırma

Araşdırmalar göstərir ki, son dövrlər əmlak bazarında qiymətlər nisbətən aşağı düşüb. Baş verən ucuzlaşmanı bazardakı passivlik və iqtisadi böhran ilə əlaqələndirmək olar.

Araşdırmalar nəticəsində məlum olub ki, bazarda bahalı villaların azalması müşahidə olunur. Bu tip villalar ya dəyərindən çox aşağı qiymətə və ya ümumiyyətlə bazara çıxarılmır.

Onu da qeyd etmək lazımdır ki, son zamanlar satış portfelinin çox hissəsini ucuz evlər təşkil edir ki, bu da bazarın tələbinin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində ucuz evlərin payı bahalı evlərin payına nisbətən daha çoxdur.

Son dövrdə daşınmaz əmlakların ucuzlaşmasına baxmayaraq, şəhərdə kifayət qədər bahalı torpaq sahələri və obyektlər mövcuddur. Ekspertlər də bildirir ki, son zamanlar torpaq sahələrində bahalaşma daha çox olub.

Banker.az Bakının bir neçə rayonlarının qiymətləri ilə maraqlanıb.

Yasamal rayonu:  100 sot – 42 000 000 AZN  – Torpağın bir sotu 42 000 AZN

Abşeron rayonu: 5 400 sot- 11 340 000 AZN  – Torpağın bir sotu 2 100 AZN

Nizami rayonu: 400 sot – 20 000 000 AZN – Torpağın bir sotu 50 000 AZN

Nərimanov rayonu: 150 sot – 23 000 000 AZN – Torpağın bir sotu 15 300 AZN

Nəsimi rayonu:  130 sot – 20 000 000 AZN   –  Torpağın bir sotu 153 846 AZN

Binəqədi rayonu: 200 sot – 23 000 000 AZN – Torpağın bir sotu 115 000 AZN

Son xəbərlər
 ⁠
Digər xəbərlər