Toshiba brendinin tarixi başlanğıcını hələ keçən əsrdən götürür. Daha dəqiq desək, 1875-ci ildə Hisashige Tanaka Tokioda yerləşən Tanaka Engineering Works şirkətinin əsasını qoyur. Tanaka əsl dahi idi, onu “Yaponiyadan olan Edisson” adlandırırdılar. O həyatının müxtəlif dövrlərində fəal olaraq riyaziyyat, astronomiya və digər elmlərlə maraqlanırdı. Dahi yapon provozların, silahların və hətta proxodların yaradılmasında iştirak edib.
1890-cı ildə Ichisuke Fujioka elektrik avadanlıqları ilə məşğul olan Hakunetsu-Sha şirkətini yaradır. Daha sonradan şirkətin adı dəyişdirilərək Tokyo Electric Company olur. Məhz bu iki şirkətin birləşdirilməsi ilə Toshiba şirkəti yaradılır. Düzdü bu 1939-cu ildə baş versə də, hər iki şirkət bir çox uğurlara nail olmuşdu.
1950-ci illər şirkət üçün kifayət qədər mühüm dövr idi. Bu dövrdə şirkət Yaponiyada ilk TV ötürücülərinin, elektrikli düyüüyüdənlərin, televiziya qəbuledicilərinin və s.nin istehsalı ilə məşğul olurdu.
Artıq 70-ci illərdə aydın olur ki, Toshiba özündə çox profilli şirkəti təmsil edir. Buraya həm məişət texnikası, elektronika, həm də informasiya texnologiyaları məhsulları daxil idi.
1978-ci ildə şirkətin adı dəyişdirilir və rəsmi olaraq Toshiba adlandırılır. Bu zaman burada şirkətin fəaliyyətində kiçik bir dəyişiklik baş verir. Şirkət artıq bütün diqqətini yeni texnologiyalara ayırmağa başlayır və DRAM yaddaş çipləri, fərdi kompüterlər, proqram təminatları yaradılmağa başlayır.
Bu gün Toshiba şirkəti dünyanın ən nəhəng noutbuk istehsalçılarından biridir. Lakin şirkət bundan əlavə, digər texnologiyaların istehsalı ilə də məşğul olur. Belə ki, şirkət artıq ev üçün müxtəlif robotlar ixtira edib. Bu robotlardan biri ApriPoco adlanır və şəxsi yaddaşa malikdir. Robot insanların davranışlarına diqqət edərək sonradan onun əmrlərini yerinə yetirir. Məsələn, televizoru yandırıb söndürmək.
Bütün dünya üzrə Toshiba texnikasından müxtəlif insanlar istifadə edir. Kimisi şirkətin tozsoranlarına, kimisi paltaryuyan maşınlarına, kimsə də noutbuklarına üstünlük verir.