16 C
Baku
Wednesday, May 8, 2024

“Toshiba” şirkəti valyuta əməliyyatları üçün superkompüter işləyib hazırlayıb

Yaponiyanın “Toshiba” şirkəti maliyyə bazarlarında inqilab etmək potensialı olan superkompüter işləyib hazırlayıb.

Banker.az xəbər verir ki, bu haqda NHK məlumat verir.

“Şirkət nümayəndələrinin fikrincə, onların avadanlıqları valyuta əməliyyatları üçün istifadə edilə bilər”, – mesajda deyilir.

Nümayəndələrin sözlərinə görə, bu kompüter geniş məkanda ən sərfəli valyuta cütlərini müəyyənləşdirməyi bacarır. Alqı-satqı sifarişlərin yerinə yetirilməsi sürəti 0,000001 saniyəyə bərabərdir.

“Toshiba” rəsmiləri növbəti bir neçə il ərzində bu avadanlığı praktik istifadəyə təqdim etmək niyyətində olduqlarını bildiriblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər