4 C
Baku
Monday, December 5, 2022

“Total Energies”in rəhbəri: Rusiya ilə gələcəyimiz yoxdur

Fransanın “TotalEnergies” enerji şirkətinin baş direktoru Patrik Puyanne Nyu-Yorkda investorlara biznesin yenidən təşkili planı haqqında danışıb. Onun sözlərinə görə, bu plana həmçinin Rusiya ilə əlaqələrin tamamilə kəsilməsi daxildir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Növbəti üç il ərzində “Total” digər ölkələrdə neft, qaz və bərpa olunan enerji layihələrinin inkişafına investisiyaları artıracaq. Yeni əməliyyatların inkişafı və Rusiya ilə biznesdən uzaqlaşmanın bir hissəsi olaraq, “Total” Avropaya enerji idxalı mənbələrini şaxələndirməyə kömək etmək üçün üzən mayeləşdirilmiş qaz qurğularına investisiyaları artırıb. “Total”ın proqnozlarına görə, 2027-ci ilə qədər onun Qətər və ABŞ-da mayeləşdirilmiş qaz istehsalı Rusiyadan gələn tədarükləri tamamilə əvəz edəcək.

Son xəbərlər
Digər xəbərlər
X