28 C
Baku
Saturday, July 27, 2024

“Total” İrana 80 milyard dollar zərər vurub

Son 16 ildə “Total” neft şirkətinin sayəsində İran 80 milyard dollar zərərə uğrayıb.

Bunu İran parlamentinin büdcə və planlaşdırma komissarı Hüseyn Əli Hacı Deliqani bildirib.

O deyib ki, şirkət hər dəfə ölkəni tərk edəndə, iqtisadiyyata böyük ziyan vurub:

“Şirkət bir neçə dəfə İrana gəlib-getməsinə baxmayaraq, hər hansı bir ziyana düşəməyib. Neft Nazirliyi yenidən bu şirkətlə müqavilə imzalayıb”.

Xatırladaq ki, İran rəhbərliyi ilə P5+1 ölkələri (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) 2015-ci ilin iyul ayında nüvə proqramının məhdudlaşdırılması barədə razılığa gəlmişdilər.

ABŞ may ayında nüvə müqaviləsindən birtərəfli olaraq çıxdığını açıqlayıb. Bu ölkənin Xəzinə Nazirliyi isə 2015-ci ildə dayandırılmış İran sanksiyalarının avqustun 6-dan etibarən qüvvəyə mindiyini bəyan edib.

Qeyd edək ki, Fransanın neft və qaz şirkəti “Total” ABŞ-ın yeni sanksiyalarını əsas gətirərək, Fars Körfəzindəki Cənubi Pars Qaz Yatağı layihəsindən çıxdığını açıqlayıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər