2 C
Baku
Saturday, December 14, 2024

Toxucu fabrikin xalis mənfəəti kəskin artıb

Toxuculuq fabriki “Bakı-Əyrici-Toxucu” Açıq Səhmdar Cəmiyyəti ötən ili 372,94 min manatlıq xalis mənfəətlə tamamlayıb.

Bankıer.az bu barədə şirkətin 2019-cu il üzrə audit hesabatına istinadən xəbər verir.

Toxuculuq fabriki 7 milyon 990,96 min manatlıq malların təqdim edilməsindən, 4 min manat əmlakın icarəyə verilməsindən, 3,1 min manat digər gəlirlərdən əldə edib ki, bu da illik cəmi 7 milyon 999,80 min manatlıq gəlir (17% artım) əldə etməsi deməkdir.

“Bakı-Əyrici-Toxucu”nun  cəmi xərcləri 7 milyon 428,76 min manat təşkil edib, bunun 7 milyon 342,82 min manatı malların təqdim edilməsi üzrə xərcdir.

Xatırladaq ki, bu səhmdar cəmiyyət 1999-cu ildə dövlət qeydiyyatına alınıb və 1 milyon 597,65 min manat nizamnamə kapitalına malikdir.

Son xəbərlər
Digər xəbərlər