17 C
Baku
Thursday, May 23, 2024

Toxum mağazalarında karantin tətbiq edilən orqanizm aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Banker.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən toxum satışı ilə məşğul olan mağazalarda monitorinqlər həyata keçirilib.

Yoxlama zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 6 mağazada pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus), pomidor yarpaqlarının sarı qıvrılma virusu (Tomato yellow leaf curl virus) və başqa karantin tətbiq edilən bitki virusları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, yüksək risk qrupuna daxil olan sirayətlənmiş toxumlar məhv edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər