25 C
Baku
Saturday, July 27, 2024

“Toyota” Çində istehsalı dayandırıb

Yaponiyanın “Toyota Motor Corp” şirkəti yayılmaqda olan koronavirus səbəbindən Çində avtomobil istehsalını müvəqqəti olaraq dayandırıb.

“Bloomberg” verdiyi məlumata görə, şirkət bu gündən etibarən Çindəki zavodlarının fəaliyyətini 9 fevral tarixinədək dayandırıb. Bundan əlavə, “Ford Motor”, “Fiat Chrysler” və “Volkswagen of America” kimi digər avtomobil istehsalçıları da iş əməliyyatlarına məhdudiyyət qoyublar. “Honda Motor” və “PSA Group” koronavirusun yayılmasının episentri olan Vuxan şəhərindən işçilərini geri çağırır.

Qeyd edək ki, Çində fəaliyyət göstərən bir çox maliyyə təşkilatı, o cümlədən Kanadanın “Sun Life Financial Inc.” sığorta şirkəti, İsveçrənin “Credit Suisse Group” və ABŞ-ın “Morgan Stanley” kimi banklar işçilərinə evdən işləməyi tövsiyə edib.

©APA

Son xəbərlər
Digər xəbərlər