28 C
Baku
Tuesday, April 30, 2024

Toyota yeni nəsil RAV4 təqdim etdi [fotolar]

Toyota şirkəti yeni nəsil RAV4 krossoverini təqdim etdi. Avtomobilin rəsmi təqdimatı Nyu-Yorkda avtosalonda keçirilib. Avropada yeni avtomobilin satışı 2018-ci ilin sonunda başlayacaq.

RAV4 Toyota TGNA platformasında yığılıb. Bu şassidən artıq Camry, C-HR və Prius modelləri istifadə edir. Krossover 2,5-litrlik yanacaq mühərrikinə malikdir. Mühərrik, 8-pilləli avtomatik sürətlər qutusu və yanacağa qənaət etmək üçün arxa oxu söndürməyə imkan verən tam ötürmə sistemi ilə birlikdə işləyir.755222219936929

Həmçinin yenilik hibrid güc qurğusu ilə təklif olunacaq. Onun tərkibinə 2,5-litrlik yanacaq mühərriki və elektrik mühərriki daxil olub. Bu krossoverin gücü 195 a.g.-dir. Gələcəkdə maşının daha bir modifikasiyasının başqa bir hibrid güc qurğusu ilə təqdim olunacağı istisna edilmir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər