1 C
Baku
Saturday, December 14, 2024

“Toyota”nın xalis mənfəəti 14% azalıb

Yaponiyanın “Toyota Motor Corp.” avtokonserninin 2020-2021-ci maliyyə ilinin ilk doqquz ayında (aprel-dekabr) xalis mənfəəti 14 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 14,1% azdır.

Bu barədə şirkətin maliyyə hesabatında deyilir. Şirkətin bir səhmə düşən seyrəltilmiş mənfəəti isə 5,74 dollardan 4,96 dollara enib. Satış gəlirləri illik ifadədə 15% azalaraq 186,2 mlrd. dollara, əməliyyat mənfəəti isə 26,1% azalaraq 14,4 mlrd. dollara enib.

Qeyd edək ki, “Toyota” 2020-ci ilin aprel-dekabr aylarında 5,438 mln. avtomobil satıb. Bu, illik müqayisədə 20,7% azdır. Maliyyə ilinin III rübündə satışlar illik müqayisədə 6,9% artaraq 2,353 mln. avtomobil təşkil edib.

Proqnozlara gəldikdə, avtokonsern sözügedən maliyyə ili üzrə gözləntilərini yaxşılaşdırıb və ilin yekununda satış gəlirlərinin 252,7 mlrd. dollara çatacağını güman edir (ötən proqnoz – 248 mlrd. dollar). Xalis mənfəət üzrə proqnoz isə 13,54 mlrd. dollardan 18,1 mlrd. dollaradək yüksəldilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər